“Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 279 nömrəli Qərarı ləğv edilib.
Gununsesi.org-un məlumatına görə, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qeyd edək ki, normalar keçmiş Baş nazir Artur Rasizadənin qərarı ilə təsdiq edilmişdi.