Nazirlər Kabinetində kadr dəyişiklikləri olub.
Gununsesi.org xəbər verir ki, bu barədə müvafiq sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.
Sərəncama əsasən, Azər Əmiraslanov Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Baş nazirin digər sərəncamına görə, Mehman Tağıyev NK Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, dünən Əli Əsədovun imzaladığı sərəncama əsasən, Ələsgər Ələsgərov Baş nazirin Katibliyinin rəisi təyin edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Nazirlər Kabinetində struktur dəyikliyi baş tutub.