Əli Əsədovdan böyrək transplantasiyası ilə bağlı QƏRAR

Azərbaycanda böyrəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair Meyarlar”da əksini tapıb.

HTML tutorial

Sənədə əsasən, böyrəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar aşağıdakılardır:

hemodializ üsulu ilə müalicənin aparılmasına tibbi göstərişi olan şəxsdə damar yolu girişinin təmin edilməsinin mümkün olmaması;

peritoneal dializin aparılmasına əks-göstərişin olması.

Gununsesi.info