Əli Əsədovun əmisi oğlunun da partiyası bağlandı

  • By admin
  • 10 Aprel 2023 01:08

Yeni “Siyasi partiyalar haqqında” qanunun tətbiqindən sonra ölkədə fəaliyyət göstərən partiyaların əksəriyyəti fəaliyətini dayandırır.

Buna səbəb isə həmin partiyaların qanunun tələb etdiyi 5 min üzvü rəsmiləşdirə bilməməsidir.

Gununsesi.info xəbər verir ki, bu gün  Azərbaycan Respublikaçılar Partiyası da fəaliyyətini dayandırdığını bəyan edib.

1999-cu ildə qeydiyyata alınan partiyaya Sübut Əsədov adlı şəxs sədrlik edirdi.

Qeyd edək ki, Sübut Əsədov Baş nazir Əli Əsədovun əmisi oğludur.

 

Mais

Gununsesi.info