Əli Babacan atasının vəfatından 1 ay sonra anasını itirdi

  • By admin
  • 10 Dekabr 2023 23:41

“Atamı itirdiyimdən bir ay keçdi, dünən də sevdiyim anam Güner Babacanı itirdim”.

Gununsesi.info bildirir ki, bunu Türkiyənin DEVA Partiyasının lideri Əli Babacan sosial şəbəkə hesabında yazıb.

Əli Babacan ağır günlərində onlara dayaq olan hər kəsə təşəkkür edib:

“Dəfn mərasiminə gələn, başsağlığı verən, bizi bu böyük ağrıda tək qoymayan, telefon və sosial media vasitəsilə başsağlığı verən hər kəsə təşəkkür edirəm. Allah nöqsanlarınızı sizə göstərməsin.

 

Anam köməkliyi, sevgisi və şəfqəti ilə bütün ailəmizin həm ağlı, həm də ürəyi idi. Allah rəhmət eləsin məkanı cənnət”.

 

Gununsesi.info