Əli Həsənovu həbs gözləyirmi? - PROKURORLUĞUN EYHAMINA PREZİDENTİN SABİQ KÖMƏKÇİSİNDƏN CAVAB

  • By admin
  • 01 Sentyabr 2020 12:46

 

Baş Prokurorluğun Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri ilə bağlı açıqlamasından sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbəri olmuş Əli Həsənovun da həbs ediləcəyinə dair fikirlər səsləndirilməkdədir.

Belə ki, Baş Prokurorluğun açıqlamasında “Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir” fikri bu iddiaları daha da çoxaldır.

Öz növbəsində isə  Əli Həsənov bildirib ki, mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi onunla maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqımda yayılan məlumatların heç bir əsası yoxdur: “Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə on-on beş günə Azərbaycana qayıdacağam”.

 

Günay Təhməz

Gununsesi.info