Əli Həsənov: “Konstitusiyaya dəyişikliklər iqtisadi islahatların effektivliyinə xidmət edir”

  • By admin
  • 05 Sentyabr 2016 15:53
 461a2257-7929-4ba1-aba5-31d2b9e8b46d
 
 
“Konstitusiyaya dəyişikliklər Azərbaycanda həyata keçirilən iqtisadi islahatların effektivliyini, ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsinə xidmət edir”.
 
Gununsesi.info xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi ilə bağlı  “Sputnik.az”-a müsahibəsində deyib. Ə. Həsənov bildirib ki, referendum Aktında Azərbaycan Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi və 6 maddənin əlavə olunması nəzərdə tutulur. “Əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasına təminat verən əsasların təkmilləşdirilməsini; səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsini; həyata keçirilən iqtisadi islahatların effektivliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsini; qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsini; dövlətin təhlükəsizliyinə, cəmiyyətdə sabitliyə əlavə təminatın yaradılmasını nəzərdə tutur. Ümumiyyətlə, dəyişikliklər ölkədə baş vermiş əsaslı dəyişikliklərdən irəli gəlir və müasir dövrdə cəmiyyət həyatının əsas sahələrini əhatə edir”- deyə, Ə.Həsənov vurğulayıb. Onun szlərinə görə,  Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” ilə bağlı fəslinin 15 maddəsinə əlavə və dəyişiklik nəzərdə tutulub ki, bu da ümumi dəyişikliklərin 60%-dən çoxunu təşkil edir. “Layihəyə əsasən, insan ləyaqətinin qorunması, hüquq və azadlıqlara həm məhkəmə təminatı verilməsi, həm də onun inzibati qaydada müdafiə olunması, vətəndaşların əmək hüququnun daha etibarlı təminatı məqsədilə lokautun qadağan edilməsi, mülkiyyət konsepsiyasına Qərb hüquq sisteminə uyğun mütərəqqi sosial məsuliyyət anlayışının daxil edilməsi, dövlət orqanlarının vətəndaşa münasibətdə məsuliyyətinin yüksəldilməsi, mümkün özbaşınalıq hallarının qarşısını alacaq tələblərin sərtləşdirilməsi, eyni tələblərin həm də bələdiyyələr və bələdiyyə qulluqçuları üçün müəyyənləşdirilməsi, fərdi məlumatların qorunmasına etibarlı təminat yaradılması, insan hüquq və azadlıqlarının qanunla məhdudlaşdırılmasının dövlət tərəfindən gözlənilən nəticəyə mütənasibliyinin təsbit olunması və s. insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətdə olduqca mütərəqqi təkliflərdir. Eyni zamanda, əvvəlki redaksiyadan fərqli olaraq təkliflərdə beynəlxalq hüquq çərçivəsində vətəndaşlığın qanunla müəyyən edilmiş itirilmə halları da nəzərdə tutulur. Layihədə nəzərdə tutulan əlavə və dəyişikliklərdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq qanunların tələbləri nəzərə alınıb”- deyə, Ə.Həsənov bildirib.  
Konstitusiyaya təklif olunan dəyişikliklərin məqsədi və mahiyyətini izah edən Ə.Həsənov deyib ki, son  25 ildə həyata keçirilən məqsədyönlü strategiya nəticəsində Azərbaycan müstəqil siyasət yürütməyə qabil, dayanıqlı iqtisadi sistemə malik, müasir, özünü təmin edən, dinamik inkişaf yolu ilə inamla irəliləyən və beynəlxalq birliyin layiqli üzvü olan nüfuzlu ölkəyə çevrilib: “Lakin son bir neçə ilin təcrübəsi göstərir ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə müəyyən edilmiş dövlət və iqtisadi idarəetmə mexanizmləri ölkənin hazırkı inkişaf səviyyəsində çevik qərarların qəbul olunmasını və onların səmərəli icrasını, optimal idarəetməni təmin etmək, habelə bürokratiya və digər mənfi halları daha qətiyyətlə aradan qaldırmaq məqsədilə təkmilləşdirilməlidir. Azərbaycan Konstitusiyasına təklif edilən bir sıra dəyişikliklər səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsini nəzərdə tutur. Bu məqsədlə vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin 7 il müəyyən edilməsi təklif olunur”- deyə, Ə. Həsənov qeyd edib.
Gununsesi.info