
Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifəsindən azad edib.
Gununsesi.org xəbər verir ki, ölkə başçısı bununla bağlı sərəncam imzalayıb.
Sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
Ə.Həsənov 21.04.2018 -ci il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdi. O, daha əvvəl “Dövlətqaçqınkom”un sədri işləyib.