Əli Həsənov: “Xalq hakimiyyəti dəstəkləməzsə onda müxalifət haqlıdır”

  • By Mayil
  • 26 Sentyabr 2016
 ali-hasan 
Bu gün Azərbaycanda hər müxalifət, partiya öz liderinin xarakterinə uyğun olaraq siyasi fəaliyyət nümayiş etdirir.
 
Gununsesi.info xəbər verir ki, bu fikri Azərbaycan Prezodentinin köməkçisi Əli Həsənov səs verdiyi seçi mənətəqəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müxalifət tənqid edər, eləməlidir, təftiş və opponentlik etməlidir, bu, onun funksiyasıdır: “Biz isə xalqın iradəsini soruşmaq istəyirik. Bu referendum təşəbbüsü də xalqın iradəsinə söykənir. Əgər onlar bizi dəstəkləyəcəklərsə deməli prezident İlham Əliyevin təşəbbüsləri yaşamağa layiqdir və Azərbaycan xalqının dəstəyini o qazanıb. Yox dəstəkləməyəcəklərsə, o zaman müxalifət dedikləri daha doğru və haqlıdır”. 
Prezidentin köməkçisi müxalifət partiyalarının keçirdiyi etiraz aksiyalarına mövqeyini açıqlayaraq deyib ki, seçki aksiyasını və ya referendumu öz tərəfdarları ilə birlikdə boykot etmək şəklində olur: “Mövcud hakimiyyətin vəzifəsi Azərbaycan xalqının ona verdiyi mandat çərçivəsində dövlətin idarəçiliyini yaxşı və effetkli həyata keçirmək, Azərbaycan xalqının növbəti etimadını qazanmaq üçün xalqın maraqlarını ifadə etməkdir. Müxalifətin isə funksiyası yürüdülən siyasətə opponentlik etməkdir. Əlbəttə, arzu edirik ki, bu opponentlik həmişə sivil formada, qanunlar çərçivəsində həyata keçirilsin. Təəssüflər olsun ki, müxalifətçilərin də xarakteri fərqlidir: konstruktivi var, qeyri-konstruktivi var. İslahatçı və radikal xarakterli müxalifət var. Hər müxalifət, partiya öz liderinin xarakterinə uyğun olaraq siyasi fəaliyyət nümayiş etdirir”.
Mürtəza
Gununsesi.info