“Əli Həsənovda özünə vurğunluq var”

  • By admin
  • 28 İyun 2016 10:30

eli hesenov

“Qaçqınlara və məcburi koçkünlərə ayrılan vəsaitin hətta yarısı onlara çatmır”

HTML tutorial

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun bu günlərdə “Avropa qaçqın probleminin həllində Azərbaycan təcrübəsindən yararlana bilər” fikri sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.  Məcburi köçkünlərin əksəriyyəti yataqxanalarda ağır şəraitdə yaşaması və orada 20 ailənin bir ayaqyolundan istifadə etməsi, işsizlikdən əziyyət çəkməsi, yalnız 17-18 manat çörəkpulu ümidinə qalması sirr deyil.

elovset

Miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev Gununsesi.info-ya Əli Həsənovun bu açıqlamasını şərh edib: ““Qaçqınkom” sədrinin dediyi kimi, Avropa qaçqın probleminin həllində Azərbaycan təcrübəsindən yararlana bilər fikri çox gülməlidir. Azərbaycanda qaçqınların və məcburi köçkünlərin inteqrasiyası qaydasına qaçqına, nə məcburi köçkünə nə də Əli Həsənovun özünə məlum deyil. Hansı təcrübənin öyrənilməsindən söhbət gedə bilər. Dünyanın heç bir ölkəsində Qaçqın və məcburi köçkünlərlə məşğul olan dövlət surukturu aparatının saxlanılmasına bu qədər xərc çəkilmir. 20 il müddətinə qaçqın vətəndaşlıq əldə edə bilməyibsə (Ermənistandan gələnlər və Özbəkistandan gələn axıska türkləri istisana olmaqla) hələ də sənədsiz və ya qaçqın olaraq qalırsa Avropa Azərbaycandan hansı təcrübəni öyrənməlidir? Bu günə kimi məcbiuri köçkünlər və qaçqınlarla bağlı vahid məlumat bazası yoxdur. Ermənistan və Qarabağın işğal olunan ərazilərindən qaçqınların adlı siyahısı yoxdur və artıq onu əldə etmək də mümkün deyil”.

Əlövsət Əliyev onu da bildirib ki, qaçqınlara və məcburi koçkünlərə ayrılan vəsaitin hətta yarısı onlara çatmır: “Qaçqınların və məcburi köçkünlərin dəqiq vəziyyətini ifadə edən bir hesabat mövcud deyil. Əli Həsənovda ciddi özünə vurğunluq var. İki il əvvəl prezidentin açılışında iştirak etdiyi şəhərciklərə gedin və orada yaşayanların vəziyyəti ilə maraqlanın yeni tikililərin yerinə çox şeyləri müşahidə edəcəksiniz”.

 

Türkel