Əli Həsənovdan narazılar “Qaçqınkom”un qarşısına yığışıb - KÖÇKÜNLƏR MƏNZİL BÖLGÜSÜNDƏN KƏNARDA QALDIĞINI DEYİR

  • By admin
  • 15 May 2018 13:57

Bu gün bir qrup köçkün Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) qarşısında toplaşıb. Gununsesi.info-nun xəbərinə görə, məcburi köçkünlər illərdir ki, növbədə dayanmalarına baxmayaraq, onların məznillə təmin olunmadığını deyib.

Akisyada irəli sürülən tələblərdən biri də köçkün müəllimlərin dondurulmuş əmək haqlarının verilməsi barədə olub.

Sabiq “Qaçqınkom” sədri Əli Həsənovu ittiham edən köçkün ailələri yeni rəhbərlikdən onların şikayətini dinləməsini tələb edib. Qurumun təmsilçiləri ilə  köçkünlər arasında danışıqlardan sonra sakitlik yaranıb.