Əli Həsənovdan Tramp AÇIQLAMASI

  • By admin
  • 10 Noyabr 2016 13:50

ali-hasan

“Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir”. 
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovbu gün jurnalistlərə açıqlamasında bildirib.
Ə. Həsənov deyib ki, Amerika xalqı seçimini edib və Tramp prezident seçilib: “Azərbaycan prezidenti İlham Əliyev də Donald Trampı təbrik edib. Azərbaycan ABŞ-la enerji, nəqliyyat dəhlizlərinin inkişafı və təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq edir. Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək. Azərbaycanın ən böyük gözləntisinə gəlincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Azərbaycan prezidenti də təbrikində qeyd edib ki,  Trampın prezident seçilməsi ilə ABŞ-ın Minsk qrupunda fəaliyyətinə bir dinamizm gələcəyinə, ABŞ-ın bu sahədə fəallaşacağına inanırıq. İnanırıq ki, nəhayət Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq”.

Gununsesi.info