Əli Həsənovun nəvəsi ilə yarışan sürücü həbs olunub - FOTOLAR

  • By admin
  • 06 Avqust 2017 21:17

a1f16497-f1e2-4c5e-b3a2-d42bdc259120640jpg-20-35-50
Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl “Galendewagen” markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov Nərimanov Rayon Məhkəməsinə aparılıb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, “Maqa” ləqəbi ilə tanınan M.İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. M.İsmayılovun qardaşının Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində çalışdığı bildirilir.

Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. “Galendewagen”in sükanı arxasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub.

0c0ff754-d670-4817-8774-44f380366b96_640

4b5c9e5e-57f9-4863-ae56-c6679bc42345_640

339d3116-18e9-4048-ab60-901fb9fcb89b_640

galen

Gununsesi.info