Əli İnsanov İlham Əliyevi dəstəklədiyini bəyan etdi -VİDEO

  • By admin
  • 05 Noyabr 2022 00:21
Əli İnsanov

Haqq Ədalət Partiyasının (HƏP) İdarə Heyətinin iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, HƏP sədri Əli İnsanovun sədrliyi ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə olunub, qərarlar qəbul edilib.

HTML tutorial

Ə. İnsanov qeyd edib ki, Prezident İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdə davam edir. O, Azərbaycanın uğurlu xarici siyasət apardığını qeyd edib.
Partiya sədri Prezident İlham Əliyevin yaranan tarixi fürsətlərdən məharətlə yararlandığını da diqqətə çatdırıb.

 

Ə. İnsanov bildirib ki, bütün bunları nəzərə alaraq Haqq Ədalət Partiyası İlham Əliyevin yürütdüyü siyasəti birmənalı olaraq dəstəkləyir.

Gununsesi.info