Əli İnsanov Prezident Sarayında - PREZİDENTLƏ GÖRÜŞƏ HAZIRAM!

  • By admin
  • 15 Dekabr 2021 15:41
Əli İnsanov

2021-ci il dekabrın 15-də, Azərbaycan Respublikasının Prezident Sarayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşdüm”.

Gununsesi.info xəbər verir ki, bunu HƏP lideri Əli İnsanov bu gün yaydığı bəyanatda səsləndirib.
O, daha sonra bildirib:

HTML tutorial

“2 saata qədər davam edən, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlətimiz və xalqımız üçün vacib olan bir sıra məqamları geniş müzakirə etdik.
Ədalət Vəliyev Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə məni təbrik etdi və partiyaya gələcək fəaliyyətində uğurlar arzuladı.
Mən dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim.
Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm”.

Gununsesi.info