“Azərbaycanda hər bir vətəndaş siyasi partiya, QHT yarada bilər. Bu başqa məsələdir ki, həmin şəxs uğur qazanacaq, ya qazanmayacq. Konkret olaraq Əli İnsanova gəlincə o, siyasətdə hər hansı uğur qazana bilməz”.
Bu sözləri Gununsesi.org-a açıqlamasında YAP-çı deputat Musa Quliyev sabiq səhiyyə naziri Əli İnsanovun siyasi partiya yaradaraq, hakimiyyətə müxalif olacağına dair bəyanatını şərh edərkən söyləyib.
Musa Quliyevin sözlərinə görə, əgər media sabiq nazirə diqqət göstərməzsə o heç zaman gündəm də olmayacaq: “Kimə lazımdırsa onu gündəmə gətirsin, radikal çıxışları ilə cəmiyyətdə qarşıdurma yaratsın. Amma dediyim kimi Azərbaycan güclü dövlətdir, və ölkəmizdə sabitliyi pozanlara qarşı hüquqi ölçü götürülür. Dediyim kimi media onu gündəmə gətirməsə, onun haqqında hər hansı müzakirəyə də ehtiyac qalmayacaq”.
Gununsesi.org