“Əli İnsanova cinayət işi açılmayıb” -VƏKİL DANIŞDI

  • By admin
  • 07 İyun 2016 16:57

ali1

togrul

“Əli İnsanovla bir neçə dəqiqə əvvəl görüşdüm. O, hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Hər zamankı kimi söhbətimiz oldu. Ona qarşı cinayət işi açılması xəbəri yalandır”.

Bu sözləri gununsesi.info-ya sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev ona cinayət işi açılması barədə xəbərlərə aydınlıq gətirərkən deyib. Vəkilin sözlərinə görə, hazırda bu xəbərin necə və haradan qaynaqlandığını araşdırırlar: “Mən Əli müəllimlə görüşdən sonra telefonuma gələn zəngləri gördüm. Yenidən müəssisəyə qayıdıb, ona bu barədə məlumat verdim. Əli İnsanovun müəssisədə həm dustaqlar, həm də rəhbərlik arasında hörməti var. Ona hamı tərəfindən böyük ehtiram göstərilir”.

Gununsesi.info