1 saylı İnzibati-İqtisadi Məhləməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun Nəsimi Rayon İcra Şöbəsinə qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
Gununsesi.info-nun məlumatına görə, məhkəmənin qərarı ilə Ə.İnsanovun şikayəti təmin edilməyib.
Həmin qərardan narazı qalan sabiq səhiyyə naziri apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.