Əli Kərimli AXCP-nin qurultayına hazırlaşır

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qurultaya hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bu barədə partiyanın sədri Əli Kərimli sosial şəbəkədə bildirib.

“AXCP-nin şənbə günü keçirəcəyimiz qurultayında çox ciddi qərarlar verəcəyik. Əvvəla, partiyanın müasir zamanın tələblərinə uyğun yeni proqramını qəbul edəcəyik. İkincisi, qurultay artıq təyin olunmuş növbədənkənar prezident seçkilərini də müzakirə edib, seçkilərdə iştirak edib-etməməklə bağlı qərar verəcək”, – Ə.Kərimli qeyd edib.

 

Gununsesi.info