Əli Kərimli: “Bütün gücümüzlə dövlətimizin, ordumuzun yanındayıq”

AXCP sədri Əli Kərimli Ermənıstanın Azərbaycana hücumu haqqında fikirlərini açıqlayıb/

Gununsesi.org AXCP sədrinin sosial şəbəkə hesabında yazdıqlarını təqdim edir:

“Ermənistanın və arxasındakı dairələrin azğınlığı bütün hədləri aşmışdır. Ordumuzun düşmənə layiqli cavab verəcəyinə, torpaqlarımızı ləyaqətlə qoruyacağına əminəm. Ordumuza dəstəyimiz tamdır. Dualarımız əsgər və zabitlərimizlədir. Azərbaycan hökumətinin gözü arxada qalmasın. Düşməni yerində oturtmaq üçün dövlətin bütün resursları səfərbər edilməlidir. Hökumətlə olan fikir ayrılıqlarımızı, mübahisələrimizi daha yaxşı zamanlara saxlayırıq. Bütün gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq.”

 

Gununsesi.org