Əli Kərimlinin mühafizəçisinə “terrorçuluğu maliyyələşdirmə” ittihamı

  • By arzu
  • 18 May 2020 18:20
30 sutka inzibati həbsdən sonra Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədova CM-in 214-1-ci maddəsi (terrorizmin maliyyələşdirilməsi) ilə cinayət ittihamı irəli sürülüb.
Gununsesi.org bildirir ki, bu barədə Turan agentliyi məlumat yayıb.
Mayın 16-da Nəsimi Rayon Məhkəməsi onu 4 ay müddətinə həbs edib. N.Əhmədova dövlət hesabına təyin edilmiş vəkil Əhməd Fərhadov bildirib ki, istintaq N.Əhmədovu terrorizmin maliyyələşdirilməsi üçün xaricdən başqa müxalifətçidən pul almaqda ittiham edib.
Məhkəmədə N.Əhmədov bu ittihamı inkar edərək bildirib ki, ona pul göndərən şəxs, sadəcə, öz borcunu qaytarıb.

Gununsesi.org