Millət vəkili Əli Əhməd oğlu Məsimli “Şöhrət” ordeni ilə təltif edilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Əli Məsimli 114 saylı Şəki kənd birinci dairəsinin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavinidir.
Qeyd edək ki, Ə.Məsimli 1953-cü il yanvarın 3-də Şəkidə anadan olub. Sabah millət vəkilinin 70 yaşı tamam olur.
Gununsesi.info