
Milli Məclisin bugünkü plenar iclasında çıxış edən deputat Əli Məsimli növbəti dəfə əhalini çox narahat edən məsələdən – qiymətlərin son vaxtlar sürətlə artmasından danışdı.
Əli Məsimli bildirdi ki, qiymətlərin sürətlə artması əhalinin,xüsisən də onun aztəminatlı təbəqəsinin güzəranına çox mənfi təsir göstərir. Deputat qeyd etdi ki, hər dəfə biz qiymətlərin sürətlə artmasından narahatlığımızı bildirəndə, çox vaxt əsas səbəb kimi bazar iqtisadiyytının tələb və təklif məsələsini əsas amil kimi göstərirlər. Normal fəaliyyət göstərən bazar münasibətlərində qiymətlərin formalaşmasında mühüm rol oynayan tələb-təklif mücərrəd xarakter daşımır, bu tədiyyə qabiliyyətli yəni ödəniş qabiliyyətli tələblə bağlıdır. Hazirda əhaliyinin gəlirləri aşağı düşür,amma qiymətlər sürətlə artır.”Postsovet məkanına aid olan ölkələrdə qiymət artımı 2 faizin altnda, Azərbaycanda isə 4 faizdən çoxdur,ərzaq məhsulları üzrə qiymət artımı isə 10 faizdən yüksəkdir” deyən Ə.Məsimli sənaye məhsulları istehsalçıların qiymət artımının digər MDB ölkələri ilə müqayisədə fantastik həddə çatdığını da diqqətə çatdırdı. Bu ilin birinci rübündə MDB ölkələrində sənaye məhsulu istehsalçılarının qiyməti ortalama 1,5 faiz aşağı düşdüyü bir vaxtda Azəbaycanda fantastik dərəcədə- 25 fazi arrım olub.Deməli bu məsələ təkcə tələb təkliflə bağlı deyil,daha çox inhisarçılıq meylləri ilə bağlıdır.
Əli Məsimli bildirdi ki,ikinci amil kimi dünyada ərzaq mallarının qiymətinin artması amilini əsas gətirlər.Azərbaycan kimi, MDB ölkələrin çoxu ərzaq mallarınının xeyli hissəsini kənardan alırlar.Amma ən yüksək qiymət artım bizdə qeyd olunur.Deməli əsas səbəb yenə də xaricdən gələn malların qiyməti yox, monopoliyalar və onların ətrafındakıların vəziyyətdən sui istifadə etmələridir.Ərzaq məhsullarının qiymətindəki 10 faizlik artımın 2 faizə qədəri Azərbaycan iqtisadiyyatında gedən proseslərdən qaynaqlanır, 3 faizə qədəri xaricdən gətirilən mallarn üzərində gəlir,artımın qalan 5 faizi isə vəziyyətdən sui istiafadə edən monopolistlərin və ətrafındakların əməlinin nəticəsidir. Deputat əlavə etdi ki,bununla yanaşı araşdırmalar göstərir ki, bəzi marketlər də süni qiymət artımına rəvac verən ticarət şəbəkəsinə çevrilib. Mal gətirənlər və istehsalçılar marketdə malı yerləşdirmək üçün market sahiblərinə əlavə pul ödəyir və həmin pulu malın qiymtinin üzərinə qoyur. Beləliklə, süni qiymət artımı yaranır və sözügenən həmin əlavə pulu süni qiymt artımı vasitəsilə əhaliyə ödətdirlər.Belə problemlər tezliklə həll olunmalıdır.Əli Məsimli bildirdi,xalq istehlakı mallarının qiymıtlərinin artımının hər faizinı görə əhalinin ailə büdcəsinə ayda 34 milyon manat,ildə isə 400 milyon manatdan çox ziyan dəyir. Bu əsasda hər il süni qiymət artımında əhalinin itkiləri milyard manatlarla ölçülür.
Sonda Əli Məsimli bildirdi ki, təbii ki, qiymət sahəsindəki sui istifadə hallarına qarşı təkcə inzibati üsullarla mübarizə aparmaq mümkün deyil,bu məsələnin həlli istiqamətində inhisarçiliğa qarşı sistemli mübarizə də daxil olmaqla kompleks təsirli tədbirlər görülməlidir.