
Azərbaycan Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Nağıqızı DTX rəisi Əli Nağıyevə doğum günündə şeir həsr edib.
Qeyd edək ki, Mahirə Nağıqızı DTX rəisinin bacısıdır.
Gununsesi.info həmin şeiri təqdim edir:
Qardaşım
Əlinin doğum gününə
Ay bacılar, biz başına dolanaq,
Yatan evin oyağıdır qardaşım.
Ocaq olaq qarasına qalanaq,
Dərd dərmanı, göz yağıdır qardaşım.
Hər bacıya qismət olmaz neməti,
O, bacının adı-sanı, qiyməti,
Anamızın dizlərinin taqəti,
Dünyasının boyağıdır qardaşım.
Gözüm açıb onu arxa görmüşəm,
Müxənnəti çəkib çarxa görmüşəm.
Yaşamayıb baxtabaxta görmüşəm,
Qismətinin ayağıdır qardaşım.
Böyük-kiçik, hörmətdə yaş biləndi,
Təmizliyi dünyada baş biləndi.
Dostlarını doğma qardaş biləndi,
Belə ağa sayağıdır qardaşım.
Nahidətək üzüyünün qaşı var,
Üç balası- balaların başı var.
Uca dağdır, zirvəsi var, başı var,
Nəvələrin oylağıdır qardaşım.
Haqq-ədalət qalaçası, səngəri,
Düz yoludur- taleyinin misgəri,
Millətinin, rəhbərinin əsgəri,
Adın- sanın layiqidir qardaşım.
Nazlı nənə, Tanrı onun köməyi,
Kimlər üçün keçməyibdir əməyi?
Ay Mahirə, Həsən Mirzə deməyi,
El- obanın dayağıdır qardaşım.
Mahirə Nağıqızı
Gununsesi.info