
TBMM-nin Türkiyə-Amerika Dostluq Qrupunun başçısı Əli Sarıkaya ABŞ Konqresinin Türkiyə Dostluq Qrupunun rəhbərləri Ed Uhitfield, Stiv Cohen, Virciniya Foks və Gerry Connolliyə xitabən FETÖ-nün Türkiyədə iyulun 15-də həyata keçirmək istədiyi dövlət çevrilişi haqqında məktub yazıb.
Gununsesi.info Anadolu Agentliyinə istinədən xəbər verir ki, məktubda Türk xalqının 15 iyulda dövlət çevrilişinə cəhd təşəbbüsündən sarsıldığını ifadə edən AK P İstanbul millət vəkili və TBMM Türkiyə-Amerika Dostluq Qrupunun başçısı Əli Sarıkaya belə yazıb:
“Bu cəhd, demokratiya, Konstitusiya, insan hüquqlarına , qanunun aliliyinə, eləcə də dövlət qurumlarının yanında ölkəsinə və qanuni seçkilərdə ortaya qoyduğu iradəsinə sahib, çevrilişə cəhd edənlərin qarşısına əliyalın çıxan vətəndaşları hədəfə alıb”.
Sarıkaya məktubda bildirir ki, çevrilişə cəhddə iştirak edənlər içərisində millət vəkillərinin də olduğu TBMM-in binasını vertolyotlardan və döyüş təyyarələrindən bombalamaqla onların həyatlarına sui-qəsd etməyə çalışıblar. Dostluq Qrupunun sədri ABŞ Konqresinin Dostluq Qrupuna göndərdiyi məktubda baş verən hadisələrlə açıqlamalar verib, situasiyanı izah etməyə çalışıb.
Gülnaz Qənbərli
Gununsesi.info