Bir milyon suriyalını vətənlərini xilas etməyə göndərəcəyik.
Axar.az xəbər verir ki, bunu Bursada keçirilən konfranslardan birində çıxışı zamanı əslən azərbaycanlı olan MHP-li eks-deputat Sinan Oğan söyləyib. O, Türkiyədə hazırda 4 milyon suriyalının olduğunu və 2019-da bu rəqəmin 7,5 milyon nəfərə çatacağını bildirib:
“Böyük türk milləti ona sığınan hər kəsə qapısını açar. Qadın, uşaq, yaşlı, xəstə, əlil bunların hamısının başımızın üstündə yeri var. Buraya gələrkən gördük. Küçələrdə qadınlar və uşaqlar “Acıq” deyə plakat açıb, dilənirlər. Miqrantın yeri miqrasiya düşərgələridir. Onlar əvvəlcə miqrasiya düşərgələrinə dönəcəklər. Digər məsələyə gəlincə isə, mənim Anadoluda yetişən xınalı quzum – əsgərim Əl Babda Suriyada terrorla mübarizə şəhid düşəcək, amma başqaları gəlib sahildə qəlyan çəkəcəklər. Buna izn vermərik. Yenə deyirəm, suriyalı qadınlar və uşaqların başımız üstündə yeri var. Allah izn versə, iqtidara gəlsək, əli silah tutan bir milyon suriyalı kişiyə “get, ölkəni terrorçudan qurtar” deyəcəyik”.
Gununsesi.info