Əlillərin elektron reyestri aparılacaq

Əlillərin elektron reyestri aparılacaq

Azərbaycan Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Gununsesi.info APA-ya istinadən bildirir ki , layihə barədə komitə sədri Hadi Rəcəbli məlumat verib.

 

Bildirilib ki, 8 fəsil 40 maddədən ibarət olan layihədə ilk oxunuşda fərqli olaraq bir sıra dəyişikliklər edilib. Yeniliklərdən biri odur ki, müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyesterini elektron formada aparır.

 

Layihəyə əsasən, əlilliyi olan şəxslərin reyesterinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Digər bir yenilik odur ki, əlilliklə bağlı istənilən fərq qoyma, istisna və məhdudiyyət tətbiqindən imtina ediləcək.

 

Qanun layihəsi ikinci oxunuşda da plenar iclasa tövsiyə olunub.

Gununsesi.info

COMMENTS