Əlilliyi olan 18 yaşlı qızın pensiyası kəsilib – VİDEO

Bərdədə əliliyi olan şəxsin pensiyası kəsilib.

Gununsesi.info xəbər verir ki, rayonun Qarayusifli kənd sakini, 18 yaşlı Lalə Kərimli bir neçə aydır ki, əlilik üçün olan pensiyasını ala bilmir.

HTML tutorial

Anası Könül Kərimli bildirir ki, qızı anadangəlmə iflic xəstəliyindən əziyyət çəkir:

“15 ilə yaxındır aylıq 200 manat pensiya alsa da, son üç ayda bilinməyən səbəbdən pensiyası kəsilib”.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabiltasiya Agentliyindən bildirilib ki, məsələ artıq onların nəzarətindədir. Agentliyin nümayəndələri tezliklə Kərimovlar ailəsinə baş çəkəcəklər.

Gununsesi.info