“Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Turizm haqqında” yeni qanun layihələri hazırlanıb

  • By admin
  • 25 Yanvar 2018 14:04

Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 25-də  parlamentin Əmək və sosial siyasət komitəsinin ilik iclası keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, adıçəkilən komitənin sədri, professor Hadi Rəcəbli  komitənin 2018-ci il qanunvericilik işləri planı haqda məlumat verərək bildirib ki, buraya iki qanun layihəsi -“Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Turizm haqqında” yeni qanun layihələri daxildir:

“Həmin qanun layihələrindən biri -əlilliyi olan şəxslərlə bağlı qanun layihəsi bizim bugünkü iclasın gündəliyinə salınıb. Bu yöndə ölkədə müvafiq qanunvericilik aktı mövcuddur. Ancaq onun üzərindən illər keçib və yeni dövrün reallıqlarına uyğun olaraq, yeni qanuna ehtiyac var. Odur ki, bununla bağlı yeni qanun layihəsi hazırlanıb və o, cənab Prezidentin təqdimatı ilə bizə göndərilib. Çox maraqlı və mütərəqqi bir sənəddir. Onun qəbulu olduqca vacibdir”.

Komitə sədri yaz sessiyası dövründə həmçinin, “Turizm haqqında” yeni qanun layihəsinin müzakirələrə çıxarılmasının nəzərdə tutulduğunu bildirib.

H.NİHAT

Gununsesi.info