Əliyar Ağayev Avropa Liqasında İspaniya klubunun oyununu idarə edəcək

  • By admin
  • 21 Oktyabr 2019 15:18

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Gununsesi.org-un məlumatına görə, 32 yaşlı beynəlxalq dərəcəli hakim H qrupunun “Lüdoqorets” (Bolqarıstan) – “Espanyol” (İspaniya) matçını idarə edəcək.

24 oktyabr

UEFA Avropa Liqası, qrup mərhələsi III tur

H qrupu

20:55.“Lüdoqorets” (Bolqarıstan) – “Espanyol” (İspaniya)

Baş hakim: Əliyar Ağayev

Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli

Dördüncü hakim: Orxan Məmmədov

Hakim-inspektor: Paskal Qaribian (Fransa)

UEFA nümayəndəsi: Mark Bos (Niderland)

Qeyd edək ki, qarşılaşma Razqrad şəhərindəki “Lüdoqorets Arena”da keçiriləcək. Bu, Əliyar Ağayevin cari mövsüm avrokuboklarda qrup mərhələsinə ilk təyinatıdır.