Əliyar Ağayev yeni təyinat alıb

  • By admin
  • 21 Noyabr 2016 13:06

elyar
Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti təyinatını alıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından Gununsesi.info-ya verilən məlumata görə, UEFA Avropa Liqasının İ qrupunda noyabrın 24-də Gelsenkirchen stadionunda keçiriləcək “Şalke 04” (Almaniya) – “Nice” (Fransa) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Orxan Məmmədov və Rəhim Həsənov olacaq.
Anar
Gununsesi.info