Əliyevə təşəkkür edirəm ki, media sahəsində belə təşəbbüslərlə çıxış edir - UNESCO-nun baş direktoru

  • By admin
  • 16 Noyabr 2016 10:58

unecko

“Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, media sahəsində belə təşəbbüslərlə çıxış edir”.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bunu  bu gün UNESCO-nun baş direktoru İrina Bokova Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində səslənən video-müraciətində bildirib.

Jurnalistikanın dünyada missiyasından danışan UNESCO baş katibi Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) fəaliyyətini mühüm sayıb:

“Biz ifadə azadlığının möhkəmləndirilməsi, keyfiyyətli jurnalistikanın hər yerdə dəstəklənməsi üçün birgə işləyəcəyimizə inanırıq”.

Gununsesi.info