
Ölkə prezidenti İlham Əliyev Ramazan Abdulatipovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Gununsesi.info-nun məlumatına görə, Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Ramazan Hacımuradoviç Abdulatipov “Dostluq” ordeni ilə təltif edilsin”.
Gununsesi.info