Əliyev hindistanlı həmkarına başsağlığı verdi

  • By admin
  • 21 Noyabr 2016 17:04

ilham-aliyev

Ölkə Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Zati-aliləri cənab Pranab Mukherciyə başsağlıığı verib.

Gununsesi.info-nun məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Uttar-Pradeş ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Gununsesi.info