Əliyev imkan vermir ki, Ermənistan… - Paşinyandan ETİRAF

Azərbaycan Ermənistana silah ixracının qarşının alınmasında mühüm rol oynayır.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.
Paşinyan bildirib ki, müttəfiqləri Ermənistana yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər.
“Bəzi hallarda yüz milyonlarla dollar ödənilib, lakin tədarük öhdəlikləri yerinə yetirilməyib. Bunu müttəfiqlərimiz də ediblər. Biz bu ağrılı reallığı dərindən təhlil etməliyik. Azərbaycan bütün istiqamətlərdə, o cümlədən, müttəfiqlərimiz tərəfindən silah tədarükünün qarşısını alır”, – Paşinyan bildirib.
N.Paşinyanın bu açıqlaması erməni ordusunun ağır vəziyyətdə olması faktının məsuliyyətindən yayınmağa, eyni zamanda, son dövlər Qərblə yaxınlaşma, Rusiyadan uzaqlaşma xəttini əsaslandırmağa hesablanıb. Lakin bu açıqlaması ilə rəsmi Bakının gücünü və Prezident İlham Əliyevin uzun illər həyata keçirdiyi ağıllı strategiyasını da etiraf edir.

Gununsesi.info

HTML tutorial