Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Mərkəzçi Demokratlar İnternasionalının (MDİ) prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrananın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Gununsesi.info-nun məlumatına görə, bu barədə AZƏRTAC xəbər yayıb.
***
Prezident Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın Azərbaycana səfərinin səmərəli və maraqlı keçəcəyinə, bu səfərin əməkdaşlığa öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Mərkəzçi Demokratlar İnternasionalının prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrana qurumun həyata keçirdiyi işlər barədə məlumat verdi.
Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə Azərbaycan, xüsusilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Gununsesi.info