Əliyev Mahmud Abbası təbrik etdi

  • By admin
  • 14 Noyabr 2016 18:05

????????????????????????????????????

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti  Mahmud Abbasa təbrik məktubu göndərib.

Gununsesi.info-nun məlumatına görə, məkltubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Fələstin münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm”.

Gununsesi.info