
Ölkə prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenri Vladimir Putinə başsağlığı verib.
Gununsesi.info-nun məlumatına görə, başsağlığında deyilir:
“Hörmətli Vladimir Vladimiroviç,
“Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni sarsıtdı.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.
Gununsesi.info