Əliyev-Putin-Ruhanı bir araya gəldi

  • By admin
  • 08 Avqust 2016 19:48

406232666

Avqustun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan, İran və Rusiya dövlətləri başçılarının ilk üçtərəfli görüşünün əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından bu görüşün önəmi vurğulanıb.

Görüşdə əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Gununsesi.info