Əliyev səfirin ölümü ilə bağlı Putinə başsağlığı verdi: "Bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik"

  • By admin
  • 19 Dekabr 2016 23:52

635586890584034737-ap-russia-putin

Ölkə Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Gununsesi.info-nun məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı.

Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Gununsesi.info