Əliyevdən Toni Tan Kenq Yama: "Əmin-amanlıq və firavanlıq diləyirəm"

  • By admin
  • 08 Avqust 2016 18:09

ilya-7

Azərbaycan prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti  Toni Tan Kenq Yama təbrik məktubu ünvanlayıb.

Gununsesi.info-nun məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Gununsesi.info