Əliyevin də qatıldığı sammit işinə başladı

  • By admin
  • 16 Sentyabr 2016 16:34

mdb

Bişkekdəki “Ala-Arça” dövlət iqamətgahında MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı başlayıb.

HTML tutorial

Gununsesi.info Qırğızstan mətbuatına istinadən xəbər verir ki, sammitdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Moldova və Tacikistan prezidentləri, Moldovanın baş naziri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Özbəkistan xarici işlər naziri və Ukraynanın Qırğız Respublikasındakı səfiri iştirak edir.

Məlumata görə, zirvə toplantısının gündəliyinə xarici işlər naziriləri ilə razılaşdırılmış 15 məsələ daxil edilib.

Sammitdə ilk növbədə ərazi təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə olunur.

Mədəni inkişaf və iqtisadi inteqrasiya məsələləri də müzakirə ediləcək mövzulardandır.

Gununsesi.info