Əliyevlə Paşinyanın saatlar sonra mümkün görüşü: masada nələr var?

Bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti olacaq: Putinin sədrlik edəcəyi sammit çərçivəsində Əliyevlə Paşinyan da görüşü gözlənilir.

Görüşlə bağlı iki informasiya irəli sürülür.

HTML tutorial

Birincisi, geniştərkibli olacağına dairdir: müdafiə nazirləri, üçtərəfli İşçi Qrupunun üzvləri və xarici işlər nazirləri də iştirak edə bilər;

İkincisi, üçtərəfli olacağına dairdir: Putin, Əliyev və Paşinyan görüşəcək;

Geniştərkibli görüş iddiası üçtərəfli görüşlə müqayisədə daha az inandırıcıdır. Lakin hər iki formatda qurulacaq masanın gündəliyinin eyni olması ehtimalı böyükdür:

1. Sərhədin delimitasiya və demarkasiyası üzrə razılaşmanın praktiki mərhələyə keçirilməsi: bura delimitasiya müqaviləsinin hazırlanması və demarkasiya üzrə ikitərəfli komissyanın yaradılması daxildir; Putin sərhədlə bağlı ilin sonuna qədər mexanizmlərin hazırlanması ilə bağlı dedikləri, Paşinyanın son açıqlamaları da da bu fikri gücləndirir;
2. Kommunikasiyanın açılması ilə bağlı Soçi və Brüssel razılaşmaların, praktiki mərhələdə atılacaq addımların müzakirə edilməsi;
3. Yekun sülh sazişi: Brüssel görüşündən sonra Putin Rusiyanın vasitəçilik missiyasını daha da qətiləşdirmək üçün bu məsələni də ümumi kontekstdə gündəmə gətirə bilər;

Mümkün görüşün əsas məqsədi razılaşmaların praktiki mərhələdə həyata keçirilməsinin müzakirəsidir.

Gununsesi.info