Əlli beş min il öncəki göydaşından lüks çanta – Qiyməti ilə bir ev ala bilərsiniz / FOTO

  • By admin
  • 14 Aprel 2023 17:44

Fransada dəb şirkətləri göydaşından hazırlanan çantanı satışa çıxarıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 55 min il öncə Fransanın cənubuna düşən bir göydaşından hazırlanan çanta 40 min avroya satışa çıxarılıb.

Çanta xammadəsi səbəbindən, böyük maraq oyandırıb. “Koperni” markasının məhdud sayda bazara çıxartdığı çanta meteoriddən düzəldiliv.

Şirkət 1968-ci ildə tapılan göydaşından hazırlanan çantası üçün “arxeologiya, bəzək və ibtidai sənəti ustaca birləşdirmək” məqsədi ilə yenilik edildiyini bildirib.

1.8 kq. ağırlığı olan çanta Ay daşı və kirişdən (kanifol) hazırlanıb Çantanın bu cür bahalı olmasına sosial media istifadəçiləri etiraz ediblər.
“Mini Meteorite Swipe Bag” adı verilən çanta əl üçündür və 23 sm. ölçüsündədir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info