Əlverişsiz hava şəraiti ilə əlaqədar 463 reys təxirə salındı

  • By admin
  • 26 Yanvar 2017 10:23

turk-hava-1

Türkiyədəki əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 26-da və 27-də İstanbulun “Atatürk” və “Sabiha Gökçen” hava limanlarında nəzərdə tutulan 463 aviareys təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, rəsmi məlumata görə, təxirə salınan reyslərin 327-si “Türk Hava Yolları”nın (THY) payına düşür.

Ləğv edilən və yaxud vaxtı dəyişən reyslərlə bağlı sərnişinlərə əlavə məlumat vermək üçün “THY” şirkətində və hava limanlarında “qaynar xətt” yaradılıb.

Gununsesi.info