Əmək Məcəlləsinə korrupsiya ilə bağlı dəyişiklik edilir

  • By admin
  • 04 Aprel 2017 15:27
milli-meclis
 “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliyə əsasən Əmək Məcəlləsinə də dəyişiklik nəzərdə tutulur.
Gununsesi.info xəbər verir ki, bu məsələ Milli Məclisin (MM) Əmək və sosial siaysət komitəsinin aprelin 4-də keçirilən iclasında müzakirə olunub.  
Məcəlləyə edilən dəyişiklik barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirdib ki, burada məqsəd  hər hansı qurumdakı korrupsiya faktı barədə məlumat verən şəxsin hüquqlarının müdafiə olunması və onun yersiz təqiblərə məruz qalaraq, işdən çıxarılmasının qarşısının alınmasıdır.
Bu məqsədlə də Əmək Məcəlləsinin 65-ci maddəsinə belə bir dəyişiklik təklif olunur:
 “Korrupsiya  ilə əlaqədar  hüquqpozmalarla bağlı məlumat vermiş işçi atteestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya  ilə əlaqədar hüquqpozmalıarla bağlı məlumatların verilməsi üçün  müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya  kommisiyasının iclasında iştirak etməlidir”.
 Komitə sədri onu da əlavə edib ki, korrpusiya haqqında məlumat verən şəxsi işdən çıxarmağın qarşısını almaq üçün intizam tənbehi də nəzrdə tutulur.
Bunun üçün Məcəllənin 187-ci maddəsinə də dəyişiklik nəzərdə tutulur. Bu dəyişikliyə əsasən ” idarə, müəssisə  və ya təşkilatın korrupsiya  ilə əlaqədar  hüquqpozmalarla bağlı məlumat  vermiş işçi barəsində intizam  tənbehi tətbiq edən idarə, müəssisə və ya təşkilat  intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata  aidiyyatı olmadığını əsaslnadırmalıdır”.
 
Məcəlləyə edilən dəyişikliklər müzakirələrin yekunu olaraq parlamentin plenar iclasına tövsiyə edilib.
 Mürtəza 
Gununsesi.info