
Əməkdar artist Lalə Məmmədova cəsarətli addımı ilə hər kəsi təəccübləndirib. Gununsesi.info xəbər verir ki, səhnəmizin xanım-xatınlığı ilə seçilən ifaçısı “Yuxularımda hər gecə qonağımsan” deyib hovuza atıldı. Baş verənlər sözləri Arzu Yəhyayeva, musiqisi Rasim Məmmədova məxsus “Çıx yollarıma” adlı mahnının klip çəkilişləri zamanı yaranıb. Klipin rejissoru Nail Naiboğlu L.Məmmədovanın hovuzda çəkilməsinə belə münasibət bildirib: “Lalə ilə eyni universiteti bitirmişik, 20 ildir dostuq. Kimsə Laləni hovuzda klip çəkdirdiyi, soyunduğu üçün qınaya bilər. Biz etik qaydalara riayət etmişik, çərçivədən çıxmamışıq. Laləni çətinliklə razı sala bildim ki, yaxşı alınacaq. Tamaşaçılara sözüm budur ki, çimərlik geyimini normal qəbul ediriksə, bunu da başa düşməliyik”. Çəkilişdən və komandadan razı qalan Lalə Məmmədova mənmunluğunu sadəcə bu sözlərlə ifadə etdi: “Peşəkar komanda ilə işlədim. Belə getsə məni ölkənin hüdudlarından kənara çıxaracaqlar”.(1Xəbər.com)