XƏBƏR LENTİ

21 Fevral 2018
20 Fevral 2018

18 Avqust 2016 - 12:54

Əməkdar artist “od püskürdü”:"Musiqidə də monopoliya yaradıblar"

aybeniz

“Əvvəllər incəsənəti əsl peşəkar administratorlar, musiqini, ifaçılığı anlayanlar idarə edirdilər. Onun ücün də  ifaçılıq nümünələri artırdı ki, azalmırdı. Indi musiqidə də monopoliyalar yaradıblar…öz yanlarındakı səssiz sülöysünləri ortaya salmaq ücün…”

Gununsesi.info xəbər verir ki, bunu tanınmış sənətkar, Əməkdar artist Aybəniz Haşımova öz “Facebook” statusunda yazıb. O, yazıb ki,  sənin adından lazım (aidiyyatı) olan ünvanlara yalandan söz çatdırırlar.

“Ya da ki tərsinə, səni gözdən salmaq üçün min dona girirlər…Sonra da yalanları açılmasın deyə, səni çalışırlar bütün aid olduğun yerlərdən hansısa bir yolnan uzaqlaşdırsınlar ki, birdən üzləşmə nəticəsində yalanlari üzə çıxar… aqibəti isə bəllidir… 

Deyirəm anlamayanlara verəcəyim bir cəza ola bilər: ətrafımda görməyim.

Amma hər kəs belə etmir…Ey sülöysünlər briqadasının baş sülöysünü…Bir gün keçərsən caynağına əfi ilanın…

Bax onda deyərlər: varıydı hüsnü cəmalın…,oldun…”-deyə, Əməkdar artist daha sonra yazıb.

Kamil Həmzəoğlu

Gununsesi.info