Əməkdar artist vəfat etdi

  • By admin
  • 04 İyul 2017 10:54

1471345956_telmaneliyevdfgvb

Əməkdar artist Telman Əliyev vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirib ki, aktyor ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, mərhum aktyor Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni–maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində Bəhram (“Solğun çiçəklər” Cəfər Cabbarlı), Baloğlan (“Almaz” Cəfər Cabbarlı), Şeyx Alı (“Vaqif” Səməd Vurğun), Məşədi İbad (“Məşədi İbad” Üzeyir Hacıbəyov), Əliqulu (“Əliqulu evlənir” Sabit Rəhman), Xurşidbanu Natəvanın oğlu (“Xan qızı” F.Əliyarbəyli), Əziz (“Qatır Məmməd”, Zahid Xəlil), Sabir (“Yeddi oğlan və bir qız” R.Ağayev), Molla Sadıq (“Dəli Kür” İsmayıl Şıxlı) və s. rolları ifa edib.

2000-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib.

Əməkdar artist “Bir aktyorun teatrı” ( Araq düşkünü), “Bahar-99” (Məşədi) teletamaşalarına və “Şeytan içimizdədir” (şöbə rəisi), “Yük” (Duxançı), “Bizi dağlarda axtarın” filmlərinə çəkilib.

Gununsesi.info