
Azərbaycanın əməkdar artisti Sevda Talıbova dünyasını dəyişib.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda aktrisanın bacısı oğlu Nicat Cəfərzadə sosial şəbəkədəki səhifəsində yazıb: “Bir neçə saat öncə xalam, respublikanın Əməkdar artisti Sevda Talıbova dünyasını dəyişdi. Bu gün həyatımın ən ağır günüdür”.
Allah rəhmət eləsin.
Gununsesi.info